"Evdən çıxanda qarşınıza qara pişik çıxırsa, işiniz düz gətirmirsə, bunda pişiyin, nə də onun rənginin günahı var".
Bunu Yenisabah.az-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova deyib.
O, inancların bəzi xurafatlara inamından danışıb. Dominos pizza
Həqiqətən "qarşımdan qara pişik keçdi", "yuxudan sol ayağımla qalxmışam" tipli batil inanclarla hərəkət edən, günün iş planını quran aramızda az deyil. Bəs bu cür inancların əsası varmı? Batil inancların təsirindən qorunmaq üçün neynəmək lazımdır?
Ə. Rüstəmova bildirib: “İnsanların həyatını idarə edən informasiyalar miflər və elmi bilgilərdən ibarətdir. Birincilərə xurafatlar və batil inanclar da daxildir.
Təəssüf ki, miflər bəzən insanların istinad etdiyi mənbəyə çevrilir və elmi əsası olmayan informasiyaların yerini tutur. Anlamalıyıq ki, insanlar enerjidən ibarətdir, əgər bir şeyin olmayacağına inanırıqsa, bu olmayacaq.
Bir mifdə motiv mənfidirsə və bu mifə inanırıqsa o mənfi inancın həyatda baş verməsinə icazə veririk. Məsələn, yerə nəyi isə görmək üçün baxırıqsa, mütləq yerdə nə isə görəcəyik. Ya qəpik ya kağız. Həmçinin, evdən çıxanda, yuxudan oyananda və yaxud hansısa tarixə anlam yükləyəndə artıq beynimiz və şüuraltımız düşünür ki, “mənim sahibim” bu gün bunu yaşamaq istəyir və bunu müsbət mənada düşünsək də, hərəkətin mahiyyəti mənfi olduğu üçün mənfiyə çevrilir.
Hər bir cəmiyyətdə miflər var, ancaq bunlar həqiqətin yerini doldurmamalıdır. Həyat yetərincə çətindir, bu cür batil inanclarla onu daha da çətinləşdirməyək. Nəyi yaşamaq istəyiriksə, onu da yaşayırıq. Əgər biliyimizi və dünyagörüşümüzü artırsaq, miflər həyatımızda folklor kimi qalar. Çünki mif elmi biliyə əsaslanmır.
Evdən çıxanda qarşınıza qara pişik çıxırsa, işiniz düz gətirmirsə, bunda pişiyin, nə də onun rənginin günahı var. Beynimiz istəklərimizi icra edir. Mən həyatımda və yaxınlarımın həyatında elmi bir istinadı olmayan məlumatı keçərli saymıram”.
Pünhan HƏSƏNOVA
Telegram kanalımız