“Qarşısında diz çöküb yalvarmışam“ - Aktrisadan sevgi etirafları

saytların hazırlanması

Evə çatdırılma

“Qarşısında diz çöküb yalvarmışam“ - Aktrisadan sevgi etirafları

Şou

27 Oktyabr 2022 11:09 1107


Əməkdar artist Nahidə Orucova vaxtilə ona gələn sevgi etiraflarından bəhs edib.

Yenisabah.az xəbər verir ki, "Xəzər" telekanalında yayımlanan “Səhər mərkəzi” verilişində qonaq olan 61 yaşlı aktrisa həmkarı Əjdər Həmidovun ona eşq elan etdiyini açıqlayıb:

“Sənət adamlarından çox sevgi etirafı almışam. Bu etiraflar çox olub. Amma mən yalnız bir insanı seçmişdim. Sezar pizza

Özü də efirlərdə dəfələrlə etiraf edib ki, Nahidə teatra gələndə onu sevirdim, hətta qarşısında diz çöküb yalvarmışam. Bu, Əjdər Həmidov idi. O zaman Sumqayıt Teatrına yeni gəlmişdim. Bu hadisəni hər zaman gizlətmişəm. Söhbət öz aramızda olub. Sonra özü efirdə məni sevdiyini etiraf edib. Onda dedim ki, Əjdər, səndə böyük ürək var”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!