"Elə ediblər ki, şou-biznesdə gərək kişi olmayasan. Qaş almalısan, dodaq şişirtməlisən ki, yolun açılsın".
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu ARB telekanalında yayımlanan "Show news" verilişində qonaq olarkən söyləyib.
İfaçı Qorxmaz Əlilinin vaxtilə onu yox, primitiv adamları efirə çağırdığını bildirib: "Qorxmaz Əlili var idi, şou Əlili... İndi bilmirəm yaşayır, ya yox. Qayıtdı ki, mənə sizin kimi yox, primitiv oxuyan lazımdır ki, pul qazanım. Bu adam nə qədər dayazdır ki, sənəti yox etmək istəyir. Musiqi bazarda alver səviyyəsinə gəlib çıxıb. Kişi kimi səhnəyə çıxa bilmərəm? İnsanlar var ki, deyir oxumağın bir tərəfə, kişiliyinə pərəstiş edirik". pizza mizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız