Qasırğa və leysan yağışı 30 evə ziyan vurdu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qasırğa və leysan yağışı 30 evə ziyan vurdu - Fotolar

Sosial

22 Aprel 2023 15:58 927


Masallıda ötən gün baş verən qasırğa və yağan leysan yağışın vurduğu ziyan dəqiqləşdirilir. 

“Report”un cənub bürosunun məlumatına görə, dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçiriblər.

İlkin məlumatlara görə, rayonun Təzə Alvadı kəndində 30-a yaxın evin dam örtüyünə ziyan dəydiyi, 5 evin isə yaşayış üçün qəzalı olduğu müəyyən edilib. Toyuqlu pizza

Bundan başqa güclü qasırğa və leysan yaşışla müşaiyət olunan qeyri-sabit hava şəraiti nəticəsində elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Əkin sahələri subasmaya məruz qalıb.

Təmir briqadaları elektrik enerjisinin verilişində yaranan problemlərin aradan qaldırılması istiqamətində çalışır.

Masallı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əhaliyə dəymiş ziyan hesablanır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!