Güclü külək Abşeron dairəvi xətti üzrə bəzi qatarların hərəkətində gecikməyə səbəb olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
"Abşeron yarımadasında müşahidə olunan güclü külək səbəbindən bu gün səhər saatlarında elektrik enerjisinin təchizatında yaranan kəsinti Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələrə səbəb olub. pizza hut
Hazırda nasazlıq aradan qaldırılıb və qatarlar qrafikə uyğun hərəkətini davam etdirir".
Telegram kanalımız