Qaxın Zəyəm kəndindəki rayonu Əmran Cabbaroğlu adına tam orta məktəbində IX sinifdə təhsil alan 2 şagird dalaşıb.
"Yeni Sabah" xəbər verir ki, tənəffüs zamanı mübahisə nəticəsində məktəblilərdən biri digərinə xəsarət yetirib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki,məsələ aidiyyəti qurumların nəzarətinə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Toyuqlu pizza
Xatırladaq ki, xəsarət alan 2012-ci il təvəllüdlü İ.Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilkin tibbi yardım göstərildikdən sonra kompyuter tomoqrafiya müayinəsi olunmaq üçün Zaqataladakı özəl tibb müəssəsinə göndərilib.
Yeniyetməyə beyin silkələnməsi diaqnozu qoyulub, müalicəsi Qax RMX-da davam etdirilir.
Telegram kanalımız