Qaxda qəzaya düşən ailənin bir üzvü xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Qaxda qəzaya düşən ailənin bir üzvü xəstəxanada öldü

Hadisə

12 İyun 2025 01:23 465


Bir neçə gün öncə Qax rayonunun Güllük kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 44 yaşlı Eşqin İsmayılov həkimlərin səylərinə baxmayaraq, xəstəxanada ölüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 8 iyun 2025-ci il tarixində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1981-ci il təvəllüdlü (kişi cinsli) şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Vəziyyəti kritik ağır qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsində davam etdirilib və süni tənəffüs aparatına qoşulub. Lakin həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 11 iyun 2025-ci il tarixində saat 20 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!