Qaya uçqunu: Lahıca və ətraf kəndlərə gedən yol bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Qaya uçqunu: Lahıca və ətraf kəndlərə gedən yol bağlandı

Sosial

16 May 2026 09:03 97


İsmayıllı-Lahıc avtomobil yolunda baş verən qaya uçqunu ucbatından nəqliyyatın hərəkəti dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hadisəyə görə Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib. pizza sifarişi

Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!