“Qayınanam olmasaydı, Bakıya gələ bilməzdim“ - İradə

saytların hazırlanması

Evə çatdırılma

“Qayınanam olmasaydı, Bakıya gələ bilməzdim“ - İradə

Şou

06 May 2023 10:54 960


“29 yaşımda ailə qurmuşam. Özümdə kəşf etdim ki, bu yaşa kimi heç nə bilməmişəm. Mən yerimi bilirəm, heç vaxt yoldaşımın önünə keçmərəm. Ya yanında, ya da arxasında dayanıram. Bunu zamanla öyrəndim”. 

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova “Zaurla Günaydın” proqramına qonaq olarkən deyib.

Sənətçi verilişdə evlilik həyatı, qayınanası barədə danışıb. pizza hut

Bundan əlavə, İ. İbrahimova deyib ki, hələ də Türkiyə vətəndaşı deyil:

“3 bacıyıq. Mən evin ortancılıyam. Həyatda da ortada qaldım. Mən Azərbaycan vətəndaşıyam. Türkiyə vətəndaşı deyiləm. Evlilik müqaviləsi bağlamışam. Təbii ki, zarafat edirəm. Onsuz da,  ailə qurandan sonra mülkiyyət iki yerə ayrılır. Əvvəl və sonra... Nikaha qədər əldə etdiklərimiz buna aid deyil. Saf sevgi ilə ailə qurmuşam.

Ceyhunun (Ceyhun İzər- red) anası çox yaxşı insandır. O ailə mənim şansımdır. Qayınanam olmasaydı, Bakıya gələ bilməzdim. Övladlarımı ona əmanət etmişəm, övladlarımı sevir və tərbiyyə edir. Ona “anam” deyə müraciət etmişəm. Nişandan sonra yeməyə gedəndə belə dedim. Hönkürtü ilə ağladı. Söylədim ki, nə olursa olsun, sən bir anasan! İçimdən gəldi. Yaxşı ki, ona "ana" demişəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!