Astara rayonunun Kolatan kəndində qayınanası Xalidə Manafovanı qətlə yetirməkdə təqsirləndirilən 2004-cü il təvəllüdlü gəlini Rufanə İmanovanın cəzası ağırlaşdırılıb.
"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, zərərçəkmişin hüquqi varisi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək, Rufanə İmanovaya daha ağır cəza təyin olunmasını xahiş edib.
Şirvan Apellyasiya Məhkəməsi şikayəti qismən təmin edərək, Rufanə İmanovanın cəzasını 10 ildən 11 ilə qaldırıb. Məhkəmə apellyasiya şikayətinin dəlillərinin qismən əsaslı olduğu qənaətinə gəlib. Toyuqlu pizza
Xatırlatma: hadisə günü birgə yaşadıqları evdə gəlinlə qayınana arasında Rufanə İmanovanın dişlərinə taxdığı diş telinə (breket) görə mübahisə yaranıb. Mübahisənin davamında gəlin qayınanasına 9 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən R.İmanova bu ilin martında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmişdi.
Telegram kanalımız