Qaynının qəbir daşına təhqiramiz ifadələr yazan qadın HƏBS EDİLDİ - Bakıda

saytların hazırlanması

Evə çatdırılma

Qaynının qəbir daşına təhqiramiz ifadələr yazan qadın HƏBS EDİLDİ - Bakıda

Hadisə

01 Noyabr 2021 17:42 1325


Bakıda qaynının qəbir daşı üzərində təhqiredici ifadələr yazan qadın həbs edilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Suraxanı rayon sakini K. Ə qaynı arvadı ilə dalaşdıqdan sonra Sabunçu rayonu, Zabrat qəsəbəsi İstixana Kombinatının yaxınlığında olan qəbiristanlığa gedib. O, qəbiristanlıqda dəfn olunmuş qaynının məzarının üstünə qırmızı rəngli marker qələmlə iri və kənardan aydın görünən hərflərlə, tərkibində əxlaqsız söz və ifadələr olan mətnlər yazıb.

Mərhumun yaxınlarının şikayəti əsasında K.Ə polis tərindən saxlanılıb. Sabunçu rayon Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. pizza sifarişi

Sabunçu rayon Məhkəməsinin hökmü ilə K. Ə 1 il 19 gün müddətinə azadlıqdan məhrum edilib. Onun həbsdə olduğu müddət cəzasından çıxılaraq barəsində 7 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!