Qaz limiti ilə bağlı yeni açıqlama: Ləğv olunur?

saytların hazırlanması

Evə çatdırılma

Qaz limiti ilə bağlı yeni açıqlama: Ləğv olunur?

Sosial

12 Oktyabr 2023 17:30 54116


Payız-qış mövsümünün başlanması ilə qaza olan tələbat da artmağa başlayıb. Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib. Artıq bir neçə gündür sosial şəbəkədə qaza tətbiq edilən limitin artırılacağı ilə bağlı məlumatlar paylaşılır.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, qaza tətbiq edilən limitin miqdarında dəyişiklik edilə bilər.

"İndiki vəziyyətdə reallıq budur ki, qaz limitinin götürülməsi mümkün görünmür. Bu gün belə bir qərar verilməsi gözlənilən deyil. Amma bununla bağlı hər hansısa bir təşəbbüs olarsa, o zaman, böyük ehtimalla, qiymətlərdə artım olacaq. Bütün hallarda satılan müəyyən həcmdə qazdan müəyyən bir vəsait yığmaq planı var. Bu plan hansısa formada doldurulmalıdır. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir", - deyə ekspert bildirib. Dördpendirli pizza

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 1 537 336 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 61%), 874 420 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7%) və 108 449 abonent 25 qəpik tarifilə (ümumi abonentləin 4,3%) qazdan istifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aftandil
    Limit qoyan "əmilər"nəyə istinad ediblər özləri də bilmir,israfçılıdan danışanlar da onların dəm tutanlarıdır.
    3 years ago
  • Şəhriyar Əliyev
    Boş boş özünü yormayın onsuzda qiymətlər düşməyəcək.Allaha dua edin Sadece
    3 years ago
  • Arzu Əlizadə
    Müəllimiyəm,kirayədə yaşayıram.İldı 800-900 qaza pul verirəm.3 -4 aya limit bitir.25.qəoiklə verilən.12 qəpiklə yaxşı idi.
    3 years ago
  • Fəxrəddin
    Ermənilərə pulsuz verilən qazın, elektrikin,yanacağın və suyun pulunu Azerbaycan millətinin cibindən oğurlayırlar.
    3 years ago
  • arzu gulmaliyeva
    Karta 50 man pul vururuq sayğac oturanda 43 man olur bu nə üçün belədir ?
    3 years ago
  • İlkin
    Salam qazın qiymətini qalxıb enməsi bizlərə görədir, əyər tövbə edib Allaha qayıtsaq və israfdan çəkinsək, hər şey yaxşı olacaq in şə Allah .
    3 years ago
  • Israfiiiiil
    Qaz 0.25 di sadece tetris oyunuduur,limiti legf edecekler galacag 0.30
    3 years ago
  • nərman
    Bizə limitli qaz işiq lazım deyil.Bu xalqi çətinə soxmaqdı.Sabit qiymət taarifi olsa yaxşıdır.
    3 years ago
  • Ayaz
    Onun Bunu ucun Bizim Millet yaxsidir Cenab Dovlet Prizdenti Qaz limitini yixdirsa ve evell neceydi eleda qalsa cox gozel olardi.Bir qiymet axra kimi 7qepiyden eleseler Milletimiz cani isti qalardi
    3 years ago
  • Azer Mamedov
    İqtisadi baximdan limit yaxşidi.Lakin limit 2000 ə qalxsa əladı.
    3 years ago
  • Rahim
    Birdəfəlik limiti yığışdırıb bir orta qiymət qoysunlar.Limit nə olan şeydir dünyanın heç bir yerində belə bir qayda yoxdur.Millətə yazıları gəlsin cattdıra bilmirlər.Qaz olan ölkə üçün çox baha satılır əhaliyə.Dünyaya baha satın əhaliyə ücüz ,heç düzgün iş deyil.
    3 years ago
  • Gulnar
    Esas ermenileridi, onları pulsuz qazla temin edek, biz bir teher dözerik.
    3 years ago
  • Zəfər
    Doğrudanmı, kimsə inanır ki, qazda qiymət ucuzlaşacaq? Niyə yalandan mövzuya başlıqda yalan informasiya yazılır. Bunula nəyi əldə edirsiz? Yəni ki, oxu sayı çoxalsın? Heç daha bir artıq söz yazmıram.
    3 years ago
  • Mehman
    O gün oxudum,yazılmışdı ki Avropada qaz ucuzlaşıb,qaz anbarları dolub,mən başa düşə bilmirəm qaz , neft ucuzlaşıb,bahalaşan da bizdə niyə olmur,bizə ancaq bahalaşanda bahalaşmaq aiddir
    3 years ago
  • Fəxrəddin
    Əfsuslar olsun ki, tarif şurasında oturanlar Bakı ətrafı kəndlərdə yaşayanlar qədər aylıq məvacib almırlar. Onlar çox otaqlı olan evlərini qızdırdığı zaman qaz istifadəsini günlük, həftəlik güdmurlər. Əhalinin 11 milyonu qey etdikdə nəzərə alınmır ki, onların 3/1 hissi mərkəzi istilik sistemindən faydalanır. Bakı ətrafı və bölgələrdə yaşayan vətəndaşlar isə istilik sistemi istifadə edir və buda limiti ilin birinci rübündə bitirir. Ümumən desək " Toxun acdan xəbəri yoxdur".
    3 years ago
  • Elmin
    Qaz limiti nedi qaz bizde ama Caamat eziyyet cekir bele olmaz axi ne aliriq ki nede verek caamat Cox pis gundedi bele olmaz 0557966666
    3 years ago