“Qaz pulu” borcu olanlara xəbərdarlıq - SMS gələcək

saytların hazırlanması

Evə çatdırılma

“Qaz pulu” borcu olanlara xəbərdarlıq - SMS gələcək

Sosial

27 Yanvar 2021 07:55 1463


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş direktoru Ruslan Əliyev deyib. Onun sözlərinə görə, qaz borcunu 1 ay müddətində ödəməyən abunəçilərə "mavi yanacaq" verilişi avtomatik dayandırılacaq.

"Abunəçilərə qaz borcu ilə bağlı SMS (bildiriş) gələcək. Bundan sonra 1 ay ərzində istifadə etdiyi qazın pulunu ödəməyən abunəçiyə qaz verilməsi dayandırılacaq. 30 gün müddətində qazı kəsmək səlahiyyətimiz yoxdur", - o qeyd edib. pizza mizza

R.Əliyev onu da əlavə edib ki, SMS-lərin göndərilməsinə yaxın 1 ayda başlanılacaq. İlkin olaraq 700 min abunəçiyə bildiriş gedəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!