Qaz sayğacları ilə bağlı yenilik: Bundan sonra...

saytların hazırlanması

Evə çatdırılma

Qaz sayğacları ilə bağlı yenilik: Bundan sonra...

Sosial

03 Avqust 2023 14:36 69909


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin sayğacların yoxlanılması laboratoriyası bundan sonra Metrologiya İnstitutunun nəzarətində olacaq. 

“Yeni Sabah” xəbər verir ki, bu dəyişikliklə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu  ilə SOCAR dövlət neft şirkətinin “Azəriqaz” İstehsalat Birliyi arasında müqavilə imzalanıb.

Bu müqavilənin əsas məqsədi sayğacların yoxlanılmasının təchizatçı şirkət tərəfindən deyil, müstəqil təşkilat tərəfindən həyata keçirilməsini təmin etməkdir. Laboratoriyanın vəzifələrinə həm məişət, həm də sənaye ölçmə vasitələrinin yoxlanılması, habelə onların metroloji tələblərə (xəta standartlarına) uyğunluğunun müəyyən edilməsi və təsdiqlənməsi daxildir. Bundan əlavə, laboratoriya sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsinə cavabdeh olacaq. Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri ona tapşırılıb.   pizza mizza

Dəyişiklik daha etibarlı nəticələr əldə edəcək, prosesləri optimallaşdıracaq və səmərəliliyi artıracaq, nəticədə ev istehlakçılarının və biznesin hüquq və maraqlarını qoruyacaq.

Müqavilə 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!