Qaz sayğaclarının təmirinə başlanıldı - MİLYONLUQ LAYİHƏ

saytların hazırlanması

Evə çatdırılma

Qaz sayğaclarının təmirinə başlanıldı - MİLYONLUQ LAYİHƏ

İqtisadiyyat

10 Avqust 2026 11:05 116


“Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin tabeliyində “KOMMUNAL LABORATORİYALAR” MMC məişət qaz sayğaclarının (G4-G6) tələb olunan ehtiyat hissələri təmin edilməklə təmiri və bərpası xidməti aparacaq.

“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, işin icrası təxminən 1 milyon 317 min 195 manata başa gələcək.

İşlər çərçivəsində qaz sayğaclarının korpuslarının təmizlənməsi, yağsızlaşdırılması və kimyəvi üsulla köhnə boya qatından təmizlənməsi planlaşdırılır. Daha sonra sayğac korpusları “Titan Rapid Industrial” sənaye boyası ilə püskürtmə üsulu ilə boyanacaq və qurudulacaq. Toyuqlu pizza

Bundan əlavə, köhnəlmiş markalama və parametr lövhələri plastik, UV-davamlı lövhələrlə əvəzlənəcək.

Əlavə olaraq, sayğacların nömrəli çarxlı hesablama mexanizmlərinin təmiri də xidmətə daxildir. Bu zaman nömrəli çarx blokları yenilənəcək, sıfırlanacaq və sazlanacaq. Hesablama mexanizmindəki nasaz plastik dişli çarxlar isə yeni G4 dişli çarx komplekti ilə əvəzlənəcək.

Həmçinin mexanizmin tam sökülərək yenilənməsi və kalibrlənməsi, nömrəli və dişli çarx dəstlərinin quraşdırılması nəzərdə tutulur. G4 sayğaclarında fırlanma hərəkətini hesablama mexanizminə ötürən maqnit muftası da yenilənəcək.

Təmirdən keçmiş sayğacların metroloji plomblanması da həyata keçiriləcək. Sayğaclar tələblərə uyğun 5 qramlıq qurğuşun plomblarla möhürlənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!