"Qazax Azərbaycan cəmiyyətində dini dayaqların möhkəm olduğu bölgələr sırasında olmayıb".
Bu sözləri Yenisabah.az-la söhbətində əslən Qazax rayonundan olan tanınmış ziyalı-jurnalist Arif Əliyev deyib.
O, erkən nikahlar nəticəsində baş verən doğum hallarında Qazaxın ilk sıralamada olmasının səbəblərindən söz açıb. Toyuqlu pizza
Qeyd edək ki, tarix boyu maarifçiliyin vətəni olmuş Qazax-Tovuz İqtisadi rayonunda bir il ərzində azyaşlı anaların 280 uşaq dünyaya gətirməsi mütəxəssislər tərəfindən həyəcan təbilinin çalınmasına səbəb olub.
Müsahibimiz bildiirb ki, indiki şəraitdə Qazax və ətraf ərazilərdə erkən nikahların sayının artması və dini radikalizmə meylliliyin güclənməsi bir başa həyat səviyyəsi ilə bağlı olan məsələlərdir. Onun sözlərinə görə, Qazaxda həyat səviyyəsində çox ciddi problem var:
“Bölgənin paytaxtdan uzaqda yerləşməsi, Ermənistanla həmsərhəd olması, uzun illər ərzində münaqişənin ön cəbhəsində yer alması və digər amillər bu məsələlərə təsir edən mühüm amillərdir”.
O, əmin edib ki, Qazaxın Ermənistanla həmsərhəd olan kəndlərində əhalinin yaşayış səviyyəsi və digər amillər acınacaqlı durumdadır:
“Hətta biz bu yaxınlarda sərhəd kəndlərindən reportajlar yayımlamışdıq. Bir çox insanların burada acınacaqlı həyat yaşadığını bilirik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız