Qazaxda şagirdlər pirə aparıldı, qalmaqal qopdu

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda şagirdlər pirə aparıldı, qalmaqal qopdu

Sosial

19 Oktyabr 2023 11:15 589


Qazax rayon Cəfərli kənd tam orta məktəbinin şagirdləri rayondakı pirlərdən birinə aparılıb və "dilək ağacı" ətrafında onların fotosu çəkilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə məktəbin "Facebook" səhifəsində foto paylaşılıb və ictimai qınaqlardan sonra foto silinib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib. pizza sifarişi

İdarədən bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi şagirdlərinin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib.

"Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb", - deyə cavabda qeyd olunub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!