Qazaxda təbii fəlakət fəsadlar törətdi

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda təbii fəlakət fəsadlar törətdi

Sosial

10 May 2024 20:51 699


Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub. 

Yenisabah.az AZƏRTAC-a istinadən xəbər verir ki, çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün öz məcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.

Təbii fəlakət əsasən rayonun Aşağı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib. pizza mizza

Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarını sonuncu dəfə iki il öncə də sel suları altında qalmışdı. Kür çayı kənarındakı heyvandarlıq təsərrüfatları sahibləri vaxtında heyvanlarını təxliyə edə biliblər.

Kənd sakini Ağaəli Muradov deyir ki, heyvandarlıqla məşğuldurlar. Ferma Kür çayının kənarında olduğundan heyvanları təsərrüfatdan çıxarmalı olublar.

“Fermadan başqa taxıl və qarğıdalı sahəm var. Həmçinin biçənək sahəmiz də var. Kürün daşması nəticəsində sahələrimiz su altında qalıb. Heyvanlar arasında tələfat yoxdur. Kürün qalxdığını bilib vaxtında hamısını təxliyə etmişik”, - deyə Aşağı Salahlı kənd sakini Ağəli Muradov bildirib.

Sel suları əsasən Kür çayına yaxın yerləşən şəxsi təsərrüfatlara zərər vurub. Ərazidəki su ötən gündən çəkilib. Kürün səviyyəsi hazırda stabilləşib.

Qazax Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından bildirilib ki, təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşdirilir. Hazırda qərb bölgəsində qeyri-sabit, dəyişkən hava şəraiti müşahidə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!