Qazaxıstan şirkəti Azərbaycan kapital bazarına daxil olur

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstan şirkəti Azərbaycan kapital bazarına daxil olur

İqtisadiyyat

20 İyul 2026 14:56 139


Qazaxıstanın mikromobillik şirkəti "JET Group Ltd." Azərbaycanın kapital bazarına çıxış üçün hazırlıq prosesinə başlayıb.

“Yeni Sabah” BFB-yə istinadən xəbər verir ki, bu məqsədlə şirkət "Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində BFB ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Məlumata əsasən, hazırda şirkətin yerli kapital bazarına çıxışı ilə bağlı hazırlıq işləri aparılır və bu çərçivədə aparıcı investisiya şirkətləri ilə görüşlər təşkil olunub. pizza sifarişi

Qanunvericiliyin tələblərinə uyğun olaraq, xarici hüquqi şəxs statusuna malik "JET Group Ltd." Azərbaycanda təmin edilmiş istiqraz emissiyası həyata keçirməlidir. Bunun üçün istiqraz buraxılışına yerli banklardan birinin təminat verməsi planlaşdırılır.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı şirkətlərə səhm və ya istiqrazların birjada yerləşdirilməsi prosesində informasiya və məsləhət dəstəyi göstərir. Proqramın əsas məqsədi biznes subyektlərinin kapital bazarına çıxışını asanlaşdırmaq, onları birja mexanizmləri ilə tanış etmək və alternativ maliyyələşmə imkanlarından istifadəni təşviq etməkdir.

2021-ci ildə yaradılan "JET Group Ltd." elektrik skuterlərinin paylaşımı (kicksharing) xidmətləri üzrə fəaliyyət göstərən beynəlxalq mikromobillik şirkətidir. Şirkət Qazaxıstan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Braziliya, Çili və Meksika da daxil olmaqla bir sıra ölkələrdə milyonlarla istifadəçiyə xidmət göstərir.

Şirkət daha əvvəl Astana Beynəlxalq Birjasında (AIX) bir neçə istiqraz emissiyasını, o cümlədən yaşıl istiqraz buraxılışını uğurla reallaşdırıb. Növbəti maliyyələşmə mərhələsində isə Azərbaycan kapital bazarını əsas istiqamətlərdən biri kimi seçdiyini bildirib və Bakı Fond Birjası vasitəsilə bazara çıxışda maraqlı olduğunu ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!