Qazaxıstana gedən rusiyalılara sərhəddə çağırış vərəqələri verilir

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstana gedən rusiyalılara sərhəddə çağırış vərəqələri verilir

Dünya

27 Sentyabr 2022 22:40 900


Qazaxıstana gedən bir sıra Rusiya vətəndaşları birbaşa Rusiya-Qazaxıstan sərhədində çağırış vərəqələri almağa başlayıblar.

Artıq sərhəd nəzarəti əməkdaşlarının əlində hərbi xidmətə çağırılan şəxslərin siyahıları var.

“Siyahıdakı şəxs sərhədə gələrsə, o, yaxınlıqdakı hərbi komissarlığın çağırış vərəqəsini verən əməkdaşı əraziyə gələnə qədər saxlanılır”, - Çelyabinsk vilayəti hökumətinin mətbuat xidmətindən bildirilib. Marqarita pizza

Bundan əvvəl, Gürcüstana getmək istəyən rusiyalılara da sərhəddə çağırış vərəqələrinin verilməsinə başlanılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!