Qaziləri aldadan şəxs icra başçısının qardaşı oğlu imiş -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qaziləri aldadan şəxs icra başçısının qardaşı oğlu imiş - VİDEO

Sosial

31 İyul 2022 19:00 3373


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxsin icra başçısının qohumu olması müəyyən edilib.

Yenisabah.az bakupost.az-a istinadən xəbər verir ki, iyulun 27-də saxlanılan Elvin Əliyev Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğludur.

Məlumata görə, bu onun ilk dələduzluğu deyil. pizza sifarişi

Vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs qismində Elvin Əliyev məsuliyyətə cəlb edilib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!