Qazilərimizin əməliyyatı üçün İsraildən həkimlər dəvət olunub

saytların hazırlanması

Evə çatdırılma

Qazilərimizin əməliyyatı üçün İsraildən həkimlər dəvət olunub

Sosial

05 Fevral 2021 17:50 823


YAŞAT Fondu Vətən müharibəsində gözünü itirən hərbçilərimizin müalicəsi üçün İsraildən həkim heyəti gətiriləcək.

Yenisabah.az xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

O bildirib, ki həmin həkim heyəti fevralın sonuna kimi Azərbaycana gələcək: Dördpendirli pizza

"Fevralın sonuna qədər 10-a yaxın göz həkimi İsraildən Azərbaycana gələcək və gözlərindən xəsarət alan və ya gözünü itirən hərbçilərimiz həmin həkimlər tərəfindən müayinə ediləcək və qərar veriləcək. Əgər lazım olsa, hərbçilər burda əməliyyat olunacaq. Əgər ehtiyac olarsa, həmin hərbçilər ölkə xaricində əməliyyata götürüləcək. Buna xaricdən gələn həkimlər qərar verəcək".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!