Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Qazın limiti ilə bağlı VACİB XƏBƏR : Hər kəs izləsin ... 
04 Dek 2021 10:09
6308

Qazın limiti ilə bağlı VACİB XƏBƏR : Hər kəs izləsin ... 

Məlumdur ki, soyuq havaların üstünlük təşkil etdiyi bölgələrdə daha çox qaz istehlak edilir. Nəticədə 1200 kubmetrlik ilkin limit daha tez aşılır. Amma istər aran, istərsə də dağlıq rayonların sakinləri eyni tariflə ödəniş edirlər. Bu isə qiymətlərin iqlim şəraitindən asılı olaraq müəyyən edilməsini gündəmə gətirir. Bəs fərqli bölgələr üçün fərqli qiymətlər tətbiq edilə bilərmi ? Azəriqaz İstehsalat Birliyi məsələyə aydınlıq gətirib.

''Müxtəlif iqlim şəraitinə malik bölgələrə fərqli qaz tariflərinin tətbiq edilməsi ilə bağlı məsələ gələcəkdə nəzərdən keçirilə bilər''.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ''Azəriqaz'' İstehsalat Birliyinin departament rəisi Vüqar Qocayev bildirib.

Onun sözlərinə görə şəhər və rayonlar arasında temperatur göstəricilərindən asılı olaraq istər nəzərdə tutulan 1200 kub metrlik ilkin limitin, istərsə də qazın istehlak qiyməti ilə bağlı differensial, yəni fərdi yanaşmanın tətbiqi birbaşa Tarif Şurasının səlahiyyətindədir. Amma gələcəkdə bu məsələyə baxıla bilər.

Vüqar Qocayev bəzi binalarda qaz sayğaclarının bloklarda deyil, eyvanlarda quraşdırılmasına da aydınlıq gətirib. Bildirib ki, həmin sayğacların sökülməsi nəzərdə tutulmur. Çünki bu məsələ bina tikilərkən layihədə nəzərdə tutulmalı idi

Keçirilmiş mətbuat konfransında qazla təmin ediləcək yaşayış məntəqələrindən də danışılıb. Bildirilib ki, cari ildə 55 yaşayış massivi və kənddə qazlaşma işləri aparılıb. 2022-ci ildə isə daha 110 məntəqə qazlaşdırılacaq.


Youtube kanalımız
  • RAHİM
    RAHİM
    HÖRMƏTLİ VÜQAR BƏY QƏRAR 2021 -Cİ. İL İYULDAN QÜVVƏYƏ MİNİRSƏ NƏYƏ GÖRƏ 1200 LİMİT YANVARDAN HESABLANIR? ƏHALİ BİLSƏYDİ SAYĞACA NƏZARƏT EDƏRDİ. BİZDƏ OKTYABRIN 31- də 1111 kub. OLUB noyabrdan 20 qəp. Ödəyirik bu Haqsızlıqdır.
    2 months ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər