Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Qəbiristanlıqda bitən meyvəni yemək olarmı? - Cavab
21 Sen 2021 10:25
590

Qəbiristanlıqda bitən meyvəni yemək olarmı? - Cavab

Son zamanlar çox qəribə hadisələrlə qarşılaşırıq və sosial şəbəkələr sayəsində hər kəsin bundan xəbəri olur. Bir müddətdir yeni bir mövzu gündəmə gəlib: məzarlıqda bitən meyvələri yemək, hətta otları heyvanlara vermək belə olmaz.

Maraqlıdır insanlar qorxduqları üçün belə davranırlar, yoxsa günah hesab etdiklərinə görəmi? 

İlahiyyatçı Elşad Miri Yenisabah.az-danışaraq məsələyə aydınlıq gətirib. 

O, dində belə bir qadağanın olmadığını bildirib:

“Bunlar boş və mənasız fikirklərdir, dində bu cür qadağalar yoxdur.  Bu gün insanların istifadə etdiyi neft nədir? Əvvəlki canlıların fosilləri deyilmi? Onlardan bu gün hərşeydə istifadə edirik. Məzarlıqda bitən meyvəni yemək olar, heç bir problem yoxdur. Bu gün hər şey torpağa qarışır. İnsanlar bilsələr hər şey torpaqla əlaqəlidir, biz onları yeyirik etiraz etməzlər. Din asandı sadəcə belə məsələlərlə çətinləşdiriblər”. 

Mehri Qurban

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər