Qəbul imtahanında hansı yeniliklər olacaq? - Abbaszadədən AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

Qəbul imtahanında hansı yeniliklər olacaq? - Abbaszadədən AÇIQLAMA 

Sosial

19 Aprel 2024 16:55 541


“Qəbul imtahanlarında yenilik tətbiq olunacaqsa, bu, azı iki il əvvəl elan edilir”. 

Yenisabah.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

DİM rəhbəri bildirib ki, qəbul imtahanlarında yeniliklər tətbiq olunmazdan əvvəl Elm və Təhsil Nazirliyinin mütəxəssisləri ilə birlikdə geniş müzakirə aparılır:  pizza mizza

“Növbəti mərhələdə addım-addım yenilikləri tətbiq edirik. Hər tədris ilinin əvvəlində gələcək imtahan modelini çap edirik. Hər kəs noyabr, dekabr ayında çap olunan imtahan proqramları ilə tanış olub, imtahanın hansı çətinlikdə olacağını təsəvvür edə bilər. Təəssüf ki, belə elmi yanaşmaları müşahidə etmirik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!