Qəbul imtahanında suallar necə olacaq? - Məleykə Abbaszadə açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Qəbul imtahanında suallar necə olacaq? - Məleykə Abbaszadə açıqladı

Sosial

05 May 2023 13:40 688


Açıq suallara görə növbəti illərdə buraxılış imtahanlarının vaxtının artırılıb-artırılmayacağına aydınlıq gətirilib.

Yenisabah.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, imtahanların müddəti standartlara uyğun olaraq müəyyən edilib.

Onun fikrincə, bəzi sualları cavablandırmaq üçün orta hesabla 1-2 dəqiqə vaxt lazımdır. Toyuqlu pizza

"Açıq suallar daha çox vaxt aparır. Elə qapalı suallar var ki, orada heç bir dəqiqə belə tələb olunmur, həmin sualı 1 saniyədə cavablandırmaq mümkündür. Məsələn, sual olunur ki, qonşu bucaqlar hansılardır? Bu suala baxanda anında cavab vermək olar. Burda hesablama aparmaq tələb olunmur. Bu halda həmin suala ayrılan vaxt digər suallara sərf oluna bilər. Şagirdlərin biliyini daha dərindən qiymətləndirmək üçün buraxılış imtahanlarını iki mərhələdə keçirmək olar. Lakin hazırda buna ehtiyac yoxdur", - DİM sədri bildirib. 

M.Abbaszadə qeyd edib ki, hazırkı modellə şagirdlərin bilik səviyyəsini qiymətləndirə bilirlər: 

"Növbəti mərhələ qəbul imtahanları mərhələsidir. Buraxılış imtahanlarının sualları necə standartlara uyğun hazırlanmışdısa, qəbul imtahanları da o şəkildə təşkil olunacaq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!