Qəbul imtahanları nə vaxt keçiriləcək? - Məleykə Abbaszadə açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Qəbul imtahanları nə vaxt keçiriləcək? - Məleykə Abbaszadə açıqladı

Sosial

24 Noyabr 2021 12:13 806


“Növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixlərini özündə ehtiva edən cədvəl artıq hazırdır”.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlamasında deyib.

DİM sədri cədvəlin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə təqdim olunacağını bildirib. Marqarita pizza

M.Abbaszadə gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulduğunu qeyd edib:

“Cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirlər olmasa çalışacağıq ki, bu il də belə bir imkan yaradaq”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!