Qəfil halı pisləşən aktyor xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Qəfil halı pisləşən aktyor xəstəxanaya yerləşdirildi

Şou

23 Sentyabr 2026 01:21 82


"Aktyor Rəşad Səfərovun halı günorta saatlarında, dərs vaxtı qəfildən pisləşib. Buna səbəb şəkərinin 400-ə qədər qalxması olub".

"Yeni Sabah" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf deyib.

"Rəşad müəllimin şəkəri var. Həyat yoldaşı ilə danışdım, bildirdi ki, ürəyində küt ağrılar hiss edib və huşu özündə olmayıb. Xəstəxanaya uşaqları aparıblar. Hazırda müalicə alır. İki-üç gün həkim nəzarətində olmalıdır. Sistem köçürülür. İlkin diaqnoz ürəyi ilə bağlı problemdir - oksigen çatışmazlığı var", - deyə S.Əşrəf bildirib./Oxu.az Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!