“Ağızlarını açan kimi deyirlər ki, bizim “dayı”mız yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

“Ağızlarını açan kimi deyirlər ki, bizim “dayı”mız yoxdur”

Sosial

28 Avqust 2023 13:54 2585


Təəssüf ki, gündəlik həyatımızda mütəmadi olaraq aqressiv reaksiyalarla tez-tez qarşılaşırıq. İnsanlar demək olar ki, hər şey üstündə dava edirlər. 

Son günlər isə cəmiyyətdə məşhur simalara, tanınan şəxslərə qarşı aqressiya dalğası hökm sürür. Xüsusən bu tip insanları sosial şəbəkələrdə, şərh yazanlar arasında tez-tez görmək mümkündür. 

Bəs görəsən, bu cür kin-küdurətin kökündə nə dayanır? Cəmiyyət məşhurları qısqanırmı?  Sezar pizza

Məsələ ilə bağlı Yenisabah.az-a tanınmış televiziya eksperti, hüquqşünas Tağı Hüseynov danışıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə nifrət nümayiş etdirən, təhqir dolu şərh yazan şəxslər həyatda uğur qazana bilməyən insanlardır. Bu cür davranış isə onların xarakteridir: 

"Uğurlu insanlara qarşı cəmiyyətdə bir aqressiya var, əgər şəxs məşhurdursa, tanınırsa, uğurlu insan sayılır. Uğurlu insanlarla uğursuzlar arasında fərq ondadır ki, uğursuzlar hər zaman digərini müzakirə edirlər. Onların işi-gücü yalnız uğurluları müzakirə etmək, onların pulunu saymaq, uğurlarını kiçiltməkdən ibarətdir. Sanki hər şeyin haqsızlıq olduğunu sübut etməyə çalışırlar, onun yerində özləri olmalıymış kimi düşünürlər. Bu, uğursuz insanların xarakteridir. Uğurlu insanlar heç vaxt başqalarını müzakirə obyektinə çevirib demir ki, qələt edir, onun yerində mən olmalıydım, mən ondan daha güclü, daha ağıllıyam və s. Uğurlu insanlar heç vaxt sosial şəbəkələrdə başqalarına pis rəy yazmırlar, üzdə olan, tanınmış şəxslərə aqressiya ilə yanaşıb mövqe bildirmirlər. Çünki onlar özü uğurlulardan nümunə götürür və öz üzərində daha çox çalışır. Bütün dünyada yazılmış, bestsellerə çevrilmiş kitabları oxuduqda bu nəticəyə gəlmək olur. Uğurlu insanlar başqalarını yox, yalnız fürsətləri müzakirə edirlər. 

Uğursuz insanlar öz uğursuzluqlarının günahını heç vaxt özlərində görmürlər. Ağızlarını açan kimi deyirlər ki, bizim adamımız, "dayı"mız yoxdur. Hər zaman öz məğlubiyyətlərinin günahını uğurlu, tanınmış, üzdə olan simalarda görürlər".   

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!