“Qənirə Paşayevanın vəziyyəti çox ağırdır” - Mərkəzi Klinikanın baş həkimi

saytların hazırlanması

Evə çatdırılma

“Qənirə Paşayevanın vəziyyəti çox ağırdır” - Mərkəzi Klinikanın baş həkimi

Sosial

24 Sentyabr 2023 15:07 6660


“Dünən səhər saatlarında Qənirə xanım Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib. Gəldiyi zaman vəziyyəti ağır şok vəziyyətində idi. Huşu aydın deyildi”.

Yenisabah.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev bildirib.

“Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür. Bütün ixtisas həkimləri xəstəmizin müalicəsinə cəlb olunub. Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!