Qərbi-Azərbaycan dövlətinin bayrağı qəbul edildi
05 İyl 2020 01:08
1629

Qərbi-Azərbaycan dövlətinin bayrağı qəbul edildi

Hazırda Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin iclası keçirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli qeyd edib.

O bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib.

“4 iyun – Bayraq günü kimi təsdiqləndi. Vətənə, millətə xeyirli olsun”, – deyə o qeyd edib.

Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib.

Artıq mühacir hökumət də formalaşıb.   /Axar.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər