“Özləri qəsdən iki və yaxud üç dəfə yüksək qiymət qoyurlar ki, kasıb təbəqənin insanları bu obyektlərə girə bilməsin”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında xidmət sektorunda qiymətlərin baha olmasından danışarkən tanınmış-iqtisadçı ekspert Xalid Kərimli deyib. Qeyd edib ki, Azərbaycan 30 ildir bazar iqtisadiyyatına keçmək üçün atılan addımlar lazımi effekt vermir:
“On ildir ki, bazar iqtisadiyyatına keçdiyimizi elan etmişik. Dövlətin otel, kafe, istirahət mərkəzi və digər belə obyektlərin qiymətlərinə müdaxilə etməsinin heç bir hüququ əsası yoxdur, əgər dövlət qiymətlərin dəyişdirilməsi istiqamətində addım atarsa bu qanunların pozulması deməkdir”. Dominos pizza
“Kafelər, istirahət mərkəzləri, otellər və yaxud digər iaşə obyektləri qiymətləri rəqabətə, özlərinin strategiyalarına uyğun olaraq müəyyənləşdirir. Bəziləri hətta qiymətləri həddindən artıq şişirdir ki, kasıb təbəqənin nümayəndələri həmin obyektlərə daxil ola bilməsin. Bu normal rəqabət şərtlərinə uyğun olaraq müəssisə tərəfindən müəyyənləşdirilmiş qiymətlərdir”, - deyə Kərimli bildirib.
İqtisadçı qeyd edib ki, sosial şəbəkələrdə qiymətlərin baha olması ilə bağlı narazılıq edən şəxslər öz ciblərinə uyğun qiymət olan yerlərə gedə və yaxud getməyə bilərlər.
“Ayda 50 min qazanan adam çayın qiyməti 500 manat da olsa verəcək. Ancaq sən ayda 500-1000 manat qazanırsansa, elə yerlərə getməməlisən”.
Nəsimi Ələsgərli
Telegram kanalımız