Qətlə yetirilən qadının məzarına şəhid yoldaşı ilə birgə şəkli qoyuldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qətlə yetirilən qadının məzarına şəhid yoldaşı ilə birgə şəkli qoyuldu - Fotolar

Sosial

15 May 2023 22:44 900


Mayın 13-ü qaynı tərəfindən qətlə yetirilən, Vətən müharibəsi şəhidi Saleh Qurbanovun həyat yoldaşı olan Ləman Qurbanova dəfn olunub.

“Qafqazinfo”nun məlumatına görə, onun məzarının üstünə şəhid həyat yoldaşı ilə birgə fotosu qoyulub.

Qeyd edək ki, Saleh Qurbanov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. pizza hut

Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!