Saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Yenisabah.az Milli Hidrometeorologiya Xidmətibə istinadla xəbər verir ki, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb: Düşən yağıntının miqdarı aylıq normanın 20 %-ni təşkil edib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir”. Pepperoni pizza
Yarımadada havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdə dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.
Telegram kanalımız