Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

saytların hazırlanması

Evə çatdırılma

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Hadisə

05 Oktyabr 2026 21:52 104


Göyçayda bir neçə həftə əvvəl qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən 31 yaşlı qadın paytaxtdakı klinikalardan birində dünyasını dəyişib.

"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın Göyçay rayonundakı tibb müəssisələrindən birində qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilib və səhhətində ciddi problem yaranıb.

Bu səbəbdən xəstə Respublika Klinik Xəstəxanasına göndərilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!