“Qəzaya səbəb Aslanın sükan arxasında yatması olub“   - Qohumu danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Qəzaya səbəb Aslanın sükan arxasında yatması olub“ - Qohumu danışdı

Şou

05 May 2021 09:46 991


Mərhum müğənni Aslan Hüseynovun Sevinc adlı qohumu "Bizimləsən" proqramına telefonla bağlanıb.

Yenisabah.az xəbər verir ki, o, ifaçının qəza zamanı sükan arxasında tək olduğunu bildirib:

"Anasının üç mərasimi Bakıda oldu. Dedi ki, yeddi mərasimi üçün Gəncəyə gedəcəm. Ehsan paylayıb. Səhərə yaxın Bakıya qayıdırmış. Maşında tək olub. Aslan sükan arxasında yatıb. Qəzada adı keçən Məhəmməd Vəliyev avtomobilin sahibidir, amma orada olmayıb. Aslan maşını ondan alıb. pizza mizza

Deyirlər ki, təcili yardımda xəstəxanaya çatana kimi dünyasını dəyişib. Biz xəbəri eşidəndə hər yerə zəng etdik, heç yanda adı qeydiyyatda edilməmişdi. Günorta öyrənə bildik ki, avtomobildəki Aslan olub".

Qeyd edək ki, 55 yaşlı müğənni bu gün avtomobil qəzasında vəfat edib. O, Gəncədə anasının yanında dəfn olunacaq. Sənətçinin iki övladı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!