QHT Agentliyinin yeni icraçı direktor təyin edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

QHT Agentliyinin yeni icraçı direktor təyin edildi - Foto

Sosial

23 Noyabr 2021 18:59 1132


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni təyin olunmuş icraçı direktoru Aygün Əliyeva kollektivə təqdim edilib.   

Yenisabah.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, təqdimat Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev tərəfindən həyata keçirilib.  Dördpendirli pizza

A.Əliyeva ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirərək, ölkədə vətəndaş cəmiyyətinin inkişafı sahəsində qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının qərarı ilə A.Əliyeva Agentliyin icraçı direktoru vəzifəsinə təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!