QHT-lər üçün VACİB XƏBƏR: Bu gündən qeydiyyat başladı

saytların hazırlanması

Evə çatdırılma

QHT-lər üçün VACİB XƏBƏR: Bu gündən qeydiyyat başladı

Sosial

01 Noyabr 2023 12:30 620


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü ilin qrant müsabiqələrində iştirakla bağlı yeniliyin tətbiqnə başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib. 

Belə ki, bu gündən – 1 noyabrdan 2024-cü ilin qrant müsabiqələrində iştirakla bağlı elektron qeydiyyat mərhələsinə start verilib.  Dominos pizza

Agentliyin qrant müsabiqələrinə müraciət edən QHT-lər öncə elektron sistemdə - (//portal.ngogrant.az/) şəxsi kabinet yaratmalıdır: 

Cəmi 1 dəfə qeydiyyatdan keçmək Agentliyin elan etdiyi bütün qrant müsabiqələrində iştirak imkanı deməkdir. 

Elektron qeydiyyatdan keçmək üçün son tarix 1 dekabr 2023-cü ildir.

QHT-lər sistemdə şəxsi kabinet yaratdıqdan sonra 10 noyabr - 10 dekabr 2023-cü il tarixləri aralığında 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üzrə layihə təqdim edə bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!