16 Avqust - 11:36
Qırğızıstan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pislədi

Qırğızıstan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pislədi

Dünya

05 Avqust 2022 20:40 544


Qırğız Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə edilən hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

Yenisabah.az xəbər verir ki, bu barədə Qırğız Respublikası XİN məlumat yayıb.

“İnsidentin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!