Qırğızıstanla Tacikistan arasında sülh olmayacaq - Müdafiə naziri

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstanla Tacikistan arasında sülh olmayacaq - Müdafiə naziri

Dünya

19 Oktyabr 2022 14:30 797


Qırğızıstanın müdafiə naziri Baktibek Bekbolotov oktyabrın 4-də Bişkekdə KTMT-nin baş katibi Stanislav Zas ilə görüşünü şərh edib.

Yenisabah.az “Azattık”a istinadla xəbr verir ki, müdafiə naziri oktyabrın 19-da keçirdiyi mətbuat konfransında Zas ilə Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti müzakirə etdiyini bildirib.

“Bu yaxınlarda KTMT-nin baş katibi Stanislav Zas ilə görüşdüm. Mən ona dedim ki, Qırğızıstanla Tacikistan arasında sülh olmayacaq, çünki qırğızların öz, taciklərin isə öz həqiqəti var. Aramızda üçüncü hakim dayanmalıdır. Məsələn, atəşkəs rejiminə nəzarət etmək və dövlət sərhədindən ağır silahları çıxarmaq vəzifəsi olan kiçik KTMT kontingenti. Əgər onlar bu iki məsələni həll etsələr, onda biz Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı siyasi məsələlərin müzakirəsinə başlaya bilərik”, – Bekbolotov bildirib. pizza sifarişi

Eyni zamanda, müdafiə naziri Qırğızıstan vətəndaşlarını ordunu tənqid etməkdən çəkinməyə çağırıb, çünki vətəndaşların bəzi bəyanatları “dekonstruktiv qüvvələrə” kömək edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!