Kardiologia üzrə mütəxəsslər qış aylarında infarkt riskinin artdığını bildirirlər. Türkiyəli professor Fatih Çam da bu fikri bölüşür.
Yenisabah.az xəbər verir ki tanınmış elm adamı soyuq havanın təsirləri haqqında danışıb: “İnsanlar istiqanlı varlıqlardır, ona görə də havalar soyuyanda belə bədən istiliyini saxlamalıdırlar. İstilik itkisinin qarşısını almaq üçün orqanizm qan damarlarını sıxır. Ürəyin iş yükü əhəmiyyətli dərəcədə artdığına görə daha tez yorulur və nəfəsiniz daha tez kəsilir, damarlar daraldıqda axan qan və tərkibindəki oksigen miqdarı azalır. Ürək çatışmazlığı, ürək ritminin pozulması, ürək damarlarından sinə ağrısı və hətta infarkt baş verə bilər. Kişilərin infarkt keçirmək riski daha yüksəkdir”.
Azərbaycanlı kardioloq İdris Xəlilov saytımıza infaktın səbəblərini belə açıqlayıb: Dominos pizza
“İnfakt ürək əzələlərinin müəyyən nahiyyəsinin nekrozu, ölməsi deməkdir. Bunun səbəbi həmin hissədəki damarın qismən və ya tam tutulmasıdır. Xəstəliyin yaranmasının səbəbi stress və ya fiziki iş yükünün artmasıdır, lakin imfarktın əmələ gəlməsi illərlə gedən bir prosesdir.”
Mütəxəssis həmçinin infaktın qarşısının alınmasının mümkün olmadığını söyləyib:
“Dünyada elə bir həkim, elə bir dərman yoxdur ki, xəstəliklərin qarşısını əvvəlcədən alsın. Lakin sağlam həyat tərzi və proflaktika bu prossesi ləngidə və ya müəyyən dərəcədə qarşısını ala bilər.”
Nigar İlqarqızı
Telegram kanalımız