“Qisas” əməliyyatında məhv edilən erməni hərbçilərin meyitləri Ermənistana aparılıb - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Qisas” əməliyyatında məhv edilən erməni hərbçilərin meyitləri Ermənistana aparılıb - VİDEO

Hadisə

01 İyul 2023 12:39 2859


Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi “Qisas” əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini onların yaxınları müşayiət ediblər. Meyitlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb.

Proses iyulun 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Videodan da göründüyü kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin öldürülmüş üzvlərinin yaxınları və meyitlər Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq yoxlamadan sonra Ermənistana keçid edib. Azərbaycan bununla humanizm prinsiplərinə sadiq qaldığını növbəti dəfə bütün dünyaya nümayiş etdirib.

Qeyd edək ki, “Qisas” əməliyyatı zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib. Onlardan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!