Qiyabi hökm: “Onun ləğvini tələb etməzsə, icra edilir”

saytların hazırlanması

Evə çatdırılma

Qiyabi hökm: “Onun ləğvini tələb etməzsə, icra edilir”

Sosial

11 Avqust 2026 17:04 199


Suriyada Bəşər Əsəd barədə qiyabi ölüm hökmü çıxarılıb. Azərbaycanda da məhkəmələr xaricdə yaşayan mühacirlər Qənimət Zahid, Tural Sadıqlı, Orduxan Temirxan (Bəbirov), Elşad Abdullayev, Emin Əhmədbəyov və digər şəxsləri müxtəlif müddətdə qiyabi həbs qərarı çıxarıb.

“Xaricdə yaşayan şəxs ölkəyə gəlib hökmün və ya qətnamənin ləğvini tələb edərsə, işə yenidən baxılması mümkündür”.

Bu sözləri “Yeni Sabah”a Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib. Dördpendirli pizza

O qeyd edib ki, qiyabi məhkəmə qərarı həm mülki və cinayət işləri üzrə qəbul edilir: “Ancaq fərqli cəhətlər var”.

S.Vəkilovun sözlərinə görə, mülki iş üzrə tərəfləri məcburi gətirmək anlayışı yoxdur:

“Çünki sübut etmə vəzifəsi tərəflərin üzərinə qoyulub. Odur ki, mülki iş üzrə tərəf məhkəmənin yeri və vaxtı barədə qanuni şəkildə rəsmi bildiriş alıbsa və məhkəmə iclasında iştirak etmirsə iddiaçı buna etiraz etmirsə, bu halda işə baxan hakim məhkəmənin qiyabi hökmünü qəbul etməkdə haqlıdır. Qiyabi məhkəmə qətnaməsini alan şəxs əgər gəlib qətnamənin ləğv edilməsi və mahiyyəti üzrə yenidən baxılmasını (iddia icraatı qaydasında) tələb edərsə, hakim işə yenidən baxıb mahiyyəti üzrə yeni və fərqli qətnamə qəbul edə bilər”.

Hüquqşünas əlavə edib ki, barəsində qiyabi hökm çıxarılmış şəxs hökmün ləğvini tələb etməzsə, hökm icra edilir:

“Əgər barəsində qiyabi qətnamə qəbul etmiş şəxs Qətnamənin ləğv edilməsini istədikdə qətnamə icaraata yönəlir. Lakin cinayət işi üzrə hökmü qəbul edilərkən tərəf gizləndidkə, qaçdıqda zərurət olduqda hakim qiyabi hökm qəbul edə bilər. Barəsində qiyabi hökm qəbul edilmiş şəxs gələrək hökmün ləğv edilməsini yenidən baxılmasını tələb edə bilər və məhkəmə istintaqında yeni hallar meydana çıxarsa, məhkəmə yeni və fərqli hökm qəbul edə bilər. Barəsində qiyabi hökm çıxarılmış şəxs hökmün ləğvini tələb etməzsə, hökm icra edilir. Xaricdə yaşayan şəxs gəlib hökmün və ya qətnamənin ləğvini tələb edərsə, işə yenidən baxılması mümkündür. Lakin əks təqdirdə qərar məcburi icraata yönəldilir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!