“Azərbaycanda qiymətlər kəllə-çarxa çıxıb! İstər restoranlarda , istərsə istirahət mərkəzlərində, hotellərdə, hostellərdə, istərsə də marketlərdə və bazarlarda”.
“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş icra başçısı Musa Musayev sosial şəbəkədə yazıb.
O, bildirib ki, rayonlardakı qiymətlər Bakıdakı qiymətlərdən də bahadır: pizza sifarişi
“Çay dəsgahı 70 manat, 5 manatlıq toyuğun tabakası 16 manat, bir pors pendir 15 manat (pendirin kilosu 7 manatdır) və sairə...
Sonra da gileylənirik ki, Azərbaycana turistlər az gəlir. Mütləq qiymətlərə nəzarət qurumu və yaxud bir Agentlik yaradılmalıdır! Azərbaycan vətəndaşının səbətinə uyğun qiymətlər olmalıdır.
Atalarımızın gözəl misalı var: “Ölünü özbaşına buraxmaq olmaz!”, “Məscidin qapısı açıq olanda, itdə də bir abır-həya olmalıdır!”.
Milli məclisin deputatları həyəcan təbilini çalmalıdır!”.
Telegram kanalımız