Hacıqabulun Pirsaat kəndində baş vermiş ağır yol qəzasına düşən ailəyə dair bəzi məqamlar üzə çıxıb.
"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, 3 il əvvəl də onlar faciə ilə üzləşib.
"BYD" markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi 20 yaşlı Aynur Əmirxanlı 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğulub. Pepperoni pizza
Bu dəfə isə onun 47 yaşlı anası Svetlana İbadova hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Xatırladaq ki, tələbənin ölümündən sonra ailəsi onun adına kitab evi açıb.
Telegram kanalımız