Dünya birjalarında qızılın qiymətində kəskin ucuzlaşma tendensiyası müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın avqust fyuçerslərinin qiyməti 2025-ci ilin noyabr ayından bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 4 000 dollar həddindən aşağı düşüb. Son ticarət əməliyyatlarında bir unsiya qızılın qiyməti təxminən 11.6 dollar (və ya ticarət dinamikasına uyğun olaraq daha çox) azalaraq 3 997.2 dollar səviyyəsinə enib.
Qızılın kəskin ucuzlaşmasına əsas təzyiqi qlobal bazarda son 13 ayın ən yüksək səviyyəsinə qalxan ABŞ dollarının möhkəmlənməsi və aparıcı mərkəzi bankların faiz dərəcələrini yüksək saxlamaq ehtimalı göstərir. pizza
Qızıl ilə paralel olaraq digər qiymətli metalların, xüsusilə gümüşün də qiymətində geriləmə qeydə alınıb. Gümüşün bir unsiyası birjadakı son ticarətdə təxminən 1 dollara yaxın dəyər itirərək 57.55 dollara bərabər olub (daha əvvəlki günlərdə bu rəqəm 66 dollardan yuxarı idi).
Nazim Hacıyev
Telegram kanalımız