Qızılcadan ölən 3 yaşlı uşağın atası danışdı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qızılcadan ölən 3 yaşlı uşağın atası danışdı - Foto

Sosial

06 Dekabr 2023 14:02 672


Son günlər ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Qızılcaya yoluxan bir neçə azyaşlı vəfat edib. 

Belə ki, noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də Kürdəmir rayonunda Rüfət Qəribli, dekabrın 1-i Sabirabadda 1 yaşlı uşaq, dekabrın 2-də Qobustanda iki yaşlı Baxışlı Elmir Elbrus oğlu, dünən isə Neftçala rayonunun Aşağı Surra kəndində 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı qızılcadan dünyasını dəyişib. Vəfat edən uşaqların qızılca əleyhinə peyvənd olunmadığı bildirilir. 

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda qızılcaya yoluxma halları digər ölkələrdən gətirilmədir. Qeyd edək ki, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.  Toyuqlu pizza

Qızılcadan vəfat edən uşaqlardan biri də Rüfət Qəriblidir. O, rayonun Qağacılı kəndindəndir. 2019-cu ilin oktyabr ayının 14-də anadan olub. 

TƏBİB-in yaydığı məlumatda deyilir ki, azyaşlı oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb. Onun qızılca əleyhinə peyvənd olunmadığı bildirilir. 

Modern.az vəfat edən azyaşlının atası Roman Qəribli ilə danışıb.

O deyir ki, oğlu bağçaya gedirdi, lakin hava soyuq olduğuna görə, bir müddət onu bağçaya göndərməyiblər.

"Amma o zaman hələ bu xəstəliyə yoluxmamışdı. Mənim oğlum bağçadan başqa heç yerə getmirdi. Demək olar, ancaq evdə olurdu. Onun getdiyi bağçada bir uşaqda bu xəstəlik var idi. Amma ondan yoluxub-yoluxmadığını bilmirəm", - Roman Qəribli bildirib.

Uşağın babası Ənzəli Qəribov isə Rüfətin 8 gündür qızılca əlamətləri göstərdiyini bildirib. O, 2-3 dəfə xəstəxanaya getdiklərini deyib. Ənzəli Qəribov nəvəsinin qızılcaya qarşı peyvənd vurdurmadığını təsdiqləyib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!