Dünya birjalarında qızılın qiyməti yüksək səviyyələrdə qərarlaşmaqda davam edir. Qlobal bazarlardakı bu bahalaşma tendensiyası Azərbaycanın yerli zərgərlik bazarındakı qiymətlərə də öz təsirini göstərib.
“Yeni Sabah” "COMEX"ə istinadən xəbər verir ki, hazırkı göstəricilərə əsasən, dünya birjalarında qızılın bir troya unsiyasının (31.1 qram) qiyməti 4 150 – 4 200 ABŞ dolları aralığında dəyişir.
Qlobal bazardakı bu dinamika ölkədaxili rəqəmlərdə də tam öz əksini tapıb. Belə ki, Azərbaycanın yerli zərgərlik bazarında qızılın 1 qramının satış qiyməti məmulatın əyarından və növündən asılı olaraq təxminən 160 – 220 manat arasında təklif olunur. Dördpendirli pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız