“Qızıma dedim ki, bunu etməsən, verdiyim çörək burnundan gəlsin”

saytların hazırlanması

Evə çatdırılma

“Qızıma dedim ki, bunu etməsən, verdiyim çörək burnundan gəlsin”

Sosial

21 Noyabr 2022 16:51 48432


Əməkdar müəllim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov maraqlı acılaması ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Günaydın Azərbaycan” verilişinə qatılan həkim ailə münasibətlərindən danışıb:

“Qızlarıma elçi gəlib qapıdan çıxaranda demişəm ki, qızım, ola bilər, mən sənə səhv tərbiyə vermişəm, amma getdiyin evdə qayınatana atan qədər, qayınanana da anan qədər hörmət etməsən, verdiyim çörək burnundan gəlsin. Mən səni qəbul etməyəcəm. Belə olmalıdır. Qayınana da anadır, yaşlı adamdır, gərək sən onu başa düşəsən, qeydinə qalasan. Nəinki qayınana-qayınata bütün Azərbaycan xalqı bir-birinə söykənə-söykənə yaşamalıdır. Biz bir-birimizə dayaq durmasaq, bir-birimizi sevməsək kim sevəcək? Türkün türkdən başqa dostu yoxdur”. Dördpendirli pizza

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!