Qızına “özünü as” deyən atanı nə gözləyir? – Vəkildən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qızına “özünü as” deyən atanı nə gözləyir? – Vəkildən açıqlama

Sosial

25 İyul 2022 11:47 2666


İki gün öncə 17 yaşlı Laçın adlı qızın ali məktəbə qəbul üçün tələb olunan balı toplaya bilməməsi, buna görə də ailəsinin ona təzyiq etdiyi üçün özünü asaraq öldürməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bununla bağlı qızın məktubu da üzə çıxıb. Məktubda qızın atasının ona “mən işdən gələnə qədər özünü as, öldür” deməsinə ən çox diqqət çəkilib.

Bəs, görəsən, qanun nə deyir? Kiminsə bir başqasına “özünü öldür” deməsiylə canına qəsd edən insanlara görə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlarmı?

“Yeni Sabah” vəkil Adəm Məmmədovun fikirlərini öyrənib. Vəkil deyib ki, fakt üzrə cinayət işi başlanılırsa hər bir detal araşdırılır: Marqarita pizza

“Əgər, ortada intihar varsa, fakt üzrə cinayət işi istənilən formada başlanılır. Sadəcə, təqsirləndirilən şəxs kim olacaqsa, istintaq müddəti ərzində  müəyyənləşməlidir.

Cinayət işi başlanandan sonra şəxsin hansı səbəbdən intihar etdiyi ortaya çıxır. Burada bir çox səbəblər ola bilər. Yəni, bəlkə, burada sırf atası məsələsi deyil. Hər hansı başqa bir ciddi səbəb də ola bilər.  Burada atanın evdəki roluyla bağlı da məsələlər araşdırılımalıdır.  Hər halda 16 yaşdan yuxarı insandır. Şəxs özünə qəsd edibsə, tutarlı səbəbi olmalıdır. Atadır hər hansı düzgün söz deməyə bilər. Universitetə qəbul olmamaq dünyanın sonu deyil. Bu məsələlər hamısı araşdırılmalı məsələlərdir. 

Burada cinayətə təhrikdən söhbət gedə bilməz. Təhrik odur ki, kimsə kimisə öldürməsi, nəyisə oğurlaması və s. bağlı nəyəsə təhrik edir. Özünü öldürmək isə təhrik sayılmır. Bu, psixoloji təzyiqdir. Əgər, bu, sübut olunsa, təqsirləndirilən şəxs kimi işə cəlb olunacaq”.

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!